15 C
Baku
Friday, May 3, 2024

İstanbul boğazı bağlandı

İstanbul boğazında gəmilərin hərəkəti məhdudlaşdırılıb.

Türkiyə Sahil Mühafizəsi Xidməti minaya bənzər obyektin zərərsizləşdirilməsi üçün hərəkətə keçərək ərazidəki gəmilərin hərəkətini dayandırıb.

İstanbul boğazında görünən cisimin Ukraynanın liman girişlərinə qoyduğu minalardan biri olduğu ehtimal edilir. Yad cismi ilk olaraq balıqçılar görüb. Bundan sonra Sahil Mühafizə Xidməti araşdırma başladıb.

Qeyd edək ki, Rusiya gəmilərinin qarşısını almaq üçün Ukraynanın Odessa tərəfdən Qara dənizə buraxdığı minaların fırtınanın təsirindən İstanbula qədər gəlmə ehtimalının olduğu deyilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər