9 C
Baku
Friday, December 13, 2024

İstanbulda ziyarət etməli olduğunuz yerlər

İstanbul, sözün hərfi mənasında, Avropa və Asiya ilə sərhəddir. Möcüzəvi şəhər eyni anda hər iki qitədə yerləşir.

İstanbula ilin istənilən vaxtı gəlsəniz belə burada heç vaxt darıxmayacaqsınız.

İstanbulda keçirdiyiniz üç gün belə sizin yaddaşınıza ömürlük həkk olunacaq.

Şəhərin hər bir küncündə qədim tarixlə rastlaşmaq olar.

İstanbul 10, Roma, 82 Vizans imperatorlarının və 30 Osmanlı sultanının rezidensiyası olub.

Bugünkü gündə İstanbul gülərüz sakinləri olan müasir bir şəhərdir.

Müqəddəs Sofiya məscidinin yaxınlığında qədim və bizim günümüzə qədər gəlib çatmış yeraltı su anbarı yerləşir. Bu anbar daha çox yeraltı sarayı xatırladır.

i

Müqəddəs Sofiya kilsəsi. Bu kilsəni dünyanın səkkizinci möcüzəsi adlandırırlar.

i (1)

İstanbulda olmaq və Bosforda olmamaq mümkün deyil. Katerdə bir saatlıq gəzinti sizə 10 lirəyə başa gələcək. Gəzintidən sonra Bosfor boğazında  Üsküdar  rayonunda yerləşən Qız qalasına getməyiniz məsləhət görülür.

i (2)

Sevdikləriniz və yaxınlarınız üçün kiçik hədiyyələr və süvenir almaq istəyirsinizsə, o zaman ən böyük açıq bazarlarından biri Qrand Bazara üz tuta bilərsiniz. Burada 58 küçədə 4 mindən çox mağaza var. Bazar XV əsrdən etibarən fəaliyyət göstərir. Hər gün bura yarım milyon insan gəlir.

i (3)

Və, nəhayət, Topqapı sarayı. Topqapı sarayı 400 kvadrat metr sahədə yerləşən bir saraydır. Bu saray XV əsrdə inşa edilib və dörd yüz il ərzində  Osmanlı imperiyasının ən vacib saraylarından biri hesab edilirdi. Sarayın ərazisində Məhəmməd Peyğəmbərin qılıncı yerləşir.

i (4)

Son xəbərlər
Digər xəbərlər