18 C
Baku
Sunday, April 28, 2024

İstedadların rəqabətə davamlılığına görə ölkələrin reytinqi – Azərbaycan 58-ci yeri tutur

İsveçrə yenidən dünyanın ən rəqabət qabiliyyətli olkəsi olub. INSEAD biznes məktəbi tərəfindən tərtib edilən The Global Talent Competitiveness Index 2023 reytinqinə əsasən, o, yüksək səviyyəli sosial müdafiəsi və ətraf mühitin keyfiyyəti sayəsində on il ardıcıl olaraq öz mövqeyini qoruyub saxlayır.

Analoji olaraq Sinqapur yüksək təhsilli işçi qüvvəsi və innovativ iqtisadiyyatı sayəsində ikinci yeri tutub. ABŞ dördüncü yerdən üçüncü yerə yüksəlib.

İllik hesabat 134 ölkənin istedadları necə cəlb etdiyini və inkişaf etdirdiyini göstərir. İlk on ölkə son on ildə sabit qalıb, İsveçrə və Sinqapur ardıcıl olaraq liderlik edir. Danimarka, Hollandiya, Finlandiya və Norveç müvafiq olaraq dördüncü, beşinci, altıncı və yeddinci yerləri tutub.

Çin reytinqdə 47-ci yerdən 40-cı yerə yüksəlib. 2030-cu ilə qədər dünyanın üçüncü ən böyük iqtisadiyyatı olacağı proqnozlaşdırılan Hindistan 103-cü yerdə qərarlaşıb. Bu, həm xaricdə, həm də ölkə daxilində istedadları cəlb etmək imkanını sarsıdan “işgüzar əhval-ruhiyyənin azalması” ilə əlaqələndirilir.

MDB ölkələri arasında Azərbaycan 58-ci, Qazaxıstan 67-ci, Ermənistan 55-ci, Rusiya isə 52-ci sırada qərarlaşıb.

1 2

Oktyabr ayında Berlində fəaliyyət göstərəт “WorkMotion” şirkəti dünyanın 85 şəhərinin məlumatlarını təhlil edərək, distant iş üçün ən cəlbedici 10 şəhərin reytinqini dərc edib. Yaşayış, yemək və ziyarətçilərə xidmət keyfiyyətinin münasibliyi sayəsində Barselona sıralamada birinci olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər