9 C
Baku
Saturday, December 21, 2024

“İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin mənfəəti 15% azalıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC 2022-ci ili 1 milyon 47 min manat mənfəətlə başa vurub. 2021-ci ildə mənfəəti 1 milyon 226 min manat olub ki, bu da illik müqayisədə 15% azalma deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il MMC-nin gəlirləri 5 milyon 330 min manat, sair əməliyyat gəlirləri isə 1 milyon 228 min manat olub.

Hesabat dövründə qurumun xərcləri 4 milyon 283 min manat, o cümlədən işçi heyəti üzrə xərcləri 3 milyon 964 min manat, amortizasiya xərcləri 33 min manat, digər əməliyyat xərcləri 286 min manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər