26 C
Baku
Tuesday, May 28, 2024

İstehlakçı eyni anda həm inzibati orqana, həm də məhkəməyə müraciət edə bilərmi?

İstehlakçı hüquqlarının pozulması ilə bağlı eyni anda həm inzibati orqana, həm də məhkəməyə müraciət edə bilərmi?

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, istehlakçının inzibati orqana müraciət etməsi onun məhkməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. İstehlakçı hüquqlarının pozulması ilə bağlı həm inzibati orqana, həm də məhkəməyə müraciət edilə bilər.

Qeyd etmək lazımdır ki, inzibati orqan istehlakçının müraciəti üzrə satıcı, istehsalçı və ya icracı tərəfindən istehlakçı hüquqlarının pozulub-pozulmaması faktını müəyyənləşdirir. Əgər istehlakçının hüquqlarının pozulması faktı aşkar edilərsə buna uyğun olaraq qanunverivcilikdə nəzərdə tutulmuş tədbirlər görür, istehlakçıların hüquqlarının qorunmasını  təmin edir. İstehlakçıların hüquqlarının müdafiəsini, onlara dəyən ziyanın ödənilməsini isə məhkəmələr həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu ödəməkdən azad edilirlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər