28 C
Baku
Saturday, July 27, 2024

İsveç 3 banka qarşı dələduzluqda ittiham olunan şəxsi Türkiyəyə ekstradisiya edəcək

İsveç dələduzluqda təqsirləndirilən şəxsi Türkiyəyə ekstradisiya etməyə hazırlaşır.

Bu barədə İsveçin onlayn nəşri “Samnytt” qəzeti məlumat yayıb.

Məlumata görə, dələduzluq ittihamı ilə axtarışda olan şəxs 35 yaşlı Okan Kaledir. Kale 2010-2011-ci illərdə Türkiyədə 3 banka qarşı kart fırıldağında ittiham olunub. O, İsveçə qaçıb.

Türkiyə 2012-ci ildə dələduzun ekstradisiyasını tələb etsə də, qarşı tərəf bundan imtina edib. Belə olduqda Kale İtaliyaya qaçıb. O, İtaliyada 2 il müvəqqəti qaçqın statusu alıb və sonradan İsveçə gələrək özündən 23 yaş böyük yerli vətəndaşla ailə quraraq, burada məskunlaşıb.

O, Türkiyəyə təhvil verilməməsi üçün xristianlığı qəbul edib və ad-soyadını Yohan Qustavsson olaraq dəyişdirib.

İsveç mediasının məlumatına görə, Okan Kaleni Türkiyədə 14 illik həbs cəzası gözləyir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər