6 C
Baku
Saturday, December 14, 2024

İsveç Ukraynanın bərpasına 70 milyon ayıracaq

İsveç Ukraynaya 70 milyon kron (7 milyon dollardan çox) yardım ayıracağına söz verib.

Bunu ölkənin beynəlxalq əməkdaşlıq və inkişaf naziri Matilda Ernkras deyib.

Nazirin sözlərinə görə, bu, Ukraynanın bərpası üzrə beynəlxalq proqrama yalnız ilkin töhfədir:

“Bu yardım minaların təmizlənməsi, enerji səmərəliliyi, regional həllər kimi fəaliyyətlər üçün istifadə oluna bilər. İsveç Ukraynanın uzunmüddətli tərəfdaşıdır və ona humanitar, makroiqtisadi sahələrdə maliyyə yardımı edir, silah və digər hərbi texnika verir, həmçinin böhranın həlli üçün hərtərəfli səylər göstərir”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər