21 C
Baku
Wednesday, May 1, 2024

İsveç Ukraynaya $314 mln.-luq hərbi yardım paketi göndərəcək

İsveç Ukraynaya növbəti hərbi yardım paketini göndərəcəyini açıqlayıb.

Bu barədə İsveçin müdafiə naziri Pal Yonson mətbuat konfransında bildirib.

O bildirib ki, İsveç Ukraynaya 3.4 milyard kron (313.5 milyon dollar) dəyərində yeni hərbi dəstək paketi göndərməyi planlaşdırır.

Qeyd olunub ki, hərbi yardım paketi 90 döyüş maşını üçün sursat və hava hücumundan müdafiə sistemləri üçün sursatlardan, daha əvvəl göndərilən “Archer” tankları üçün ehtiyat hissələri, həmçinin minatəmizləmə texnikası və nəqliyyat vasitələrindən ibarət olacaq.

Xatırladaq ki, bu yardım paketi İsveçin Ukraynaya göndərəcəyi 13-cü yardım paketi olacaq.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər