9 C
Baku
Friday, December 13, 2024

İsveçin baş naziri Ərdoğanla görüşmək istəyir

Finlandiya və İsveç eyni vaxtda NATO-ya daxil olacaq.

“Reuters“in məlumatına görə, bunu hər iki ölkənin baş nazirləri bildiriblər.

Finlandiyanın baş naziri Sanna Marinin sözlərinə görə, Türkiyə prezidenti Ərdoğan ona İsveçlə bağlı ölkəsinin daha çox sualı olduğunu deyib. Lakin o, bu prosesdə İsveçi geridə qoymayacağına əmin edib.

“Əlbəttə, Finlandiya və İsveçin əl-ələ verib NATO-ya qoşulması bizim üçün çox vacibdir”, – Marin isveçli həmkarı ilə Helsinkidə keçirdiyi birgə mətbuat konfransında jurnalistlərə bildirib.

Keçən həftə vəzifəsinin icrasına başlayan İsveçin baş naziri Ulf Kristersson, “İndiyə qədər hər addımı əl-ələ vermişik və heç birimizin başqa ambisiyaları yoxdur” deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda Ərdoğanla görüşəcək.

“Türkiyənin İsveçin müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyini təsdiqləmək istəməsi tamamilə qanunidir”, – o əlavə edib.

İsveçin “Aftonbladet” qəzeti mənbələrə istinadən yazıb ki, Türkiyə Kristerssonu Ankarada, ehtimal ki, noyabrın 8-də keçiriləcək ikitərəfli görüşə dəvət edib.

Son xəbərlər
Digər xəbərlər