18 C
Baku
Monday, May 27, 2024

İsveçin baş naziri istefa verəcək

İsveçin baş naziri Maqdalena Andersson çərşənbə günü keçirdiyi mətbuat konfransında parlament seçkilərində məğlub olduğunu etiraf etdiyini və cümə axşamı, sentyabrın 15-də istefa verəcəyini bildirib.

“Sabah mən baş nazir vəzifəsindən istefa verəcəyəm və hökumətin formalaşması prosesinin davam etdirilməsi üçün məsuliyyət spikerə və parlamentə keçəcək”, – deyə o , bəyan edib.

Baş nazir qeyd edib ki, yeni hökumət dönəmində o, müxalifətdə olan Sosial Demokrat Partiyasına rəhbərlik edəcək.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər