12 C
Baku
Thursday, March 28, 2024

İsveçrə Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarına qoşulur

İsveçrə Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara qoşulub.

Bu barədə İsveçrə hökuməti – Federal Şura məlumat yayıb.

Hökumət xatırladıb ki, dekabrın əvvəlində Aİ Rusiya xam nefti və neft məhsulları üçün qiymət tavanı ilə bağlı yeni tədbirlər görüb. Bununla əlaqədar, Federal Şura dekabrın 16-da keçirilən iclasında bu dəyişiklikləri tam şəkildə qəbul etməyə qərar verib.

Dekabrın 5-də Rusiya neftinin Avropa İttifaqına dəniz yolu ilə nəqlinə embarqo qüvvəyə minib. Aİ ölkələri, həmçinin dəniz yolu ilə daşınan Rusiya neftinin bir barelinin 60 ABŞ dolları səviyyəsində tənzimlənən qiymət tavanı barədə razılığa gəliblər. Analoji qərar G7 dövlətləri və Avstraliya tərəfindən də qəbul edilib. Bundan əlavə, Qərb ölkələri öz şirkətlərinə Rusiyadan neft daşıyan tankerlərə razılaşdırılmış qiymətdən yüksək məbləğə nəqliyyat, maliyyə və sığorta xidmətləri göstərməyi qadağan edib.

Son xəbərlər
Digər xəbərlər