10 C
Baku
Thursday, December 12, 2024

İsveçrə Hüsni Mübarəkin bank hesablarını açdı

İsveçrə Misirin sabiq prezidenti Hüsnü Mübarək və yaxınlarına aid bank hesablarını açıb.

Bu barədə İsveçrə Konfederasiyası Federal Şurasından bildiriblər.

Məlumata əsasən, bank hesablarının dondurulmasına dair qərar dekabrın 20-dən ləğv olunub.

Hüsnü Mübarəkin istefasından sonra İsveçrə hökuməti Hüsnü Mübarəkin banklardakı hesablarını dondurmuşdu.

Qeyd edək ki, bu ilin martında Misirin ali məhkəmə instansiyası – Kasasiya Məhkəməsi Hüsni Mübarək barəsində bəraət hökmü çıxarıb. H.Mübarək 2012-ci ildə ömürlük həbs cəzasına məhkum edilib. İki il sonra isə Qahirə Məhkəməsi onun üzərindən bütün ittihamları götürüb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər