6 C
Baku
Sunday, December 15, 2024

İsveçrə Milli Bankı uçot dərəcəsini -0,75% səviyyəsində saxlayıb

İsveçrə Milli Bankı koronavirus pandemiyası fonunda uçot faiz dərəcəsini -0,75% səviyyəsində saxlayıb.

Bu barədə tənzimləyicinin dərc etdiyi məlumatda deyilir.

“Koronavirus pandemiyasının iqtisadi inkişafa mənfi təsiri davam edir. Buna görə də İsveçrə Milli Bankı genişləndirici pul-kredit siyasətini davam etdirir. Eyni zamanda, pandemiyanın iqtisadi fəaliyyətə və inflyasiyaya mənfi təsirini azaltmağa çalışır”, – məlumatda qeyd olunub.

Bank inflyasiya üçün uzunmüddətli proqnozunu dəyişməyib. Bununla belə, cari il üçün proqnoz mənfi olaraq qalır (-0,6%). İnflyasiya səviyyəsinin 2021-ci ildə (0,1%) müsbətə dönməsi və 2022-ci ildə bir qədər artması ehtimalı var (0,2%).

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər