İsveçrə Milli Bankı 13 dekabr tarixində uçot dərəcəsini -0,75% səviyyəsində dəyişməz saxladı.
Ölkədə inflyasiyanın səviyyəsi kifayət qədər aşağı, valyutanın isə güclü olmasına baxmayaraq, artıq dörd ildir ki, uçot dərəcəsi mənfi olaraq saxlanılır.
Analitiklər cümə axşamı belə qərarın qəbul edilməsini gözləyirlər. Üçüncü rübdə İsveçrənin ÜDM-u kəskin şəkildə azalıb, inflyasiya isə 0,9% təşkil edib, bu isə o deməkdir ki, iqtisadiyyatın “dirilməsi” ehtimalı çox azdır.
Mərkəzi Bankın cümə axşamı açıqladığı bir şərhdə, İsveçrə frankının dəyərinin çox yüksək olduğu qeyd edildi. Xatırladaq ki, İsveçrə iqtisadiyyatının asılı olduğu əsas amillərdən biri frankın dəyəridir, bu isə yaxın aylarda bankın yumşaq siyasət aparmağa davam edəcəyindən xəbər verir.
Bu ildən başlayaraq avro franka münasibətdə təxminən 5% aşağı düşüb.
“Valyuta bazarındakı vəziyyət dəyişkəndir və zərurət yarandığı halda İsveçrə bankı valyuta bazarında sərmayəyə hazır olmalıdır” – mərkəzi bankın hesabatında bildirilib.