23 C
Baku
Friday, April 19, 2024

İsveçrədə 50-ci Dünya İqtisadi Forumu keçiriləcək

Gələn həftə İsveçrənin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu keçiriləcək.

Yanvarın 21-dən 24-dək davam edəcək tədbirin başlıca mövzusu maraqlı tərəflər kapitalizmi (stakeholder capitalism) olacaq.

Forumun banisi professor Klaus Şvab görüş zamanı dünyanı əhatə edən iki təşəbbüsün irəli sürüləcəyini açıqlayıb. Bunlardan biri 1 milyard insana təlim keçməyi, digəri də 1 milyard ağac əkməyi ehtiva edir. Həmçinin forum çərçivəsində “Avrasiya Strateji Perspektivləri” adlı sessiya keçiriləcək.

Forumda 117 ölkədən 3 minədək lider, o cümlədən 53 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək. Onların arasında ABŞ Prezidenti Donald Tramp, Almaniya kansleri Angela Merkel, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və başqa rəhbər şəxsləri, Çin Dövlət Şurasının baş nazir müavini Han Jenq kimi nüfuzlu şəxslərin olacağı gözlənilir.

Forumun təhlükəsizliyini təmin etmək üçün 5 minədək hərbçi cəlb olunacaq.

©Report

Son xəbərlər
Digər xəbərlər