6 C
Baku
Monday, December 16, 2024

İtaliya “ChatGPT” çatbotuna qoyulan qadağanı ləğv etdi

İtaliyada süni intellektlə işləyən “ChatGPT” çatbotuna tətbiq edilən qadağa ləğv edilib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilir ki, qadağadan bir ay sonra ABŞ-ın “OpenAI” şirkətinin çatbotu fəaliyyətini bərpa edib. Proqram şəxsi məlumatların toplanması ilə bağlı qaydaları pozduğuna görə ölkə ərazisində bloklanmışdı.

Qeyd edək ki, “ChatGPT” sistemi insan dilini başa düşür və təfərrüatlı şəkildə insan kimi mətn hazırlaya bilir. İstifadəçilər süni zəkadan esse, şeir və ya skript yazmağı, hətta mətni tərcümə etməyi və ya ümumiləşdirməyi istəyə bilərlər. O, həmçinin müxtəlif mövzularda suallara cavab verə və ya kodlaşdırma problemlərini həll edə bilər

Son xəbərlər
Digər xəbərlər