11 C
Baku
Wednesday, December 11, 2024

İtaliya elektrik avtomobilləri bazarının inkişafında Avropadan geridə qalır

İtaliya hökuməti Turinin cənubunda yerləşən ölkənin ən böyük sənaye kompleksi və Avropanın ən qədim avtomobil zavodu olan Mirafioridə istehsalı artırmaq niyyətindədir.

Bu barədə İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə “Stellantis” şirkətinin rəhbərliyi arasında keçirilən görüşdə danışılıb.

İtaliyalı nazir bildirib ki, Mirafiori zavodunda ən azı 200 min avtomobilin istehsalına ehtiyac var. Bundan başqa, İtaliya bazarının ehtiyaclarına cavab verən ən azı bir yeni modelin, eləcə də elektriklə işləyən avtomobillərin istehsalının artırılması zəruridir.

“Stellantis Italia” şirkətinin baş əməliyyat direktorunun müavini Davide Mele isə deyib ki, İtaliya elektrik avtomobilləri bazarının inkişafında Avropadan geridə qalır. Belə ki, elektriklə işləyən avtomobillərin istehsalının payı Avropada 13 faiz, Fransa kimi təşviq edilmiş bazarlarda 16 faiz olduğu halda bu göstərici İtaliyada təxminən 2-3 faiz təşkil edir.

Qeyd edək ki, “Stellantis” şirkəti 2021-ci ilin yanvarında Fransanın “PSA” şirkəti və “Fiat-Chrysler” İtaliya-ABŞ birgə müəssisəsinin birləşməsi nəticəsində yaranıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər