10 C
Baku
Şənbə, Noyabr 27, 2021

İtaliya hökuməti “Apple” və “Amazon”u €200 mln. cərimələyib

İtaliyanın Rəqabətin Müdafiəsi Agentliyi (AGGM) “Apple” və “Amazon” şirkətlərini məhsullarını satarkən rəqabəti məhdudlaşdırdıqlarına görə 203 milyon avro cərimələyib.

Banker.az xəbər verir ki, antiinhisar orqanlarının məlumatına görə, 2018-ci ilin oktyabrında “Amazon” və “Apple” arasında birincinin İtaliyadakı şöbəsinin ticarətinə məhdudiyyət qoyan müqavilə imzalanıb.

Qeyd olunur ki, müqavilənin şərtlərindən biri də İtaliyada “Apple” və “Beats” məhsullarının satışını məhdudlaşdırmaq olub. Beləliklə, İtaliyanın antiinhisar orqanlarının fikrincə, “coğrafi mövqeyə görə pərakəndə satıcılara qarşı ayrı-seçkilik” olub.

Verilən məlumata görə, “Amazon” 68.7 milyon avro, “Apple” isə 134.5 milyon avro cərimələnib. Tənzimləyici onlardan aşkar edilmiş məhdudiyyətləri dərhal aradan qaldırmağı tələb edib.

Son xəbərlər
Oxşar xəbərlər
X