İtaliya, İspaniya və Fransada yeni koronavirusa yoluxanların sayı artıb

İtaliyada koronavirus qurbanlarının sayı 10-a, youxanların sayı isə 322 nəfərə çatdı.

Bunu çərşənbə axşamı İtaliya Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli bildirib.

Onun sözlərinə görə, son saatlarda ölən üç nəfər 80 yaşdan yuxarı insanlardır: “Yoluxanların əksəriyyəti – 240 nəfəri Lombardiyada qalır”.

Çərşənbə axşamı Fransada isə koronavirus infeksiyası ilə əlaqəli iki yeni hadisə aşkarlanıb.

Bu barədə Fransa Səhiyyə Baş direktoru Jerome Salomon yerli televiziyaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, yoluxanlardan biri fevralın 7-də Fransaya gələn çinli qadındır. Hazırda Parisdə xəstəxanaya yerləşdirilib. İkinci xəstə isə ölkəyə İtalyanın Lombardiya bölgəsindən qayıdan fransızdır.

İspaniyada da yeni virusa yoluxanların sayı artıb.

Ötən gün İspaniyanın Tenerife adasında (Kanar adaları) 5 yoluxma hadisəsi qeydə alınıb.

Sanitar nəzarətə götürülən xəstələrin İtaliyadan qayıtdıqlar bildirilir.

Rumıniyada və Əlcəzairdə isə ilk yoluxma halı qeydə alınıb.

©APA


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları