1 C
Baku
Saturday, December 14, 2024

İtaliya koronavirusla mübarizə üçün Çindən kömək istədi

COVID-19-un Avropada əsas yayılma mərkəzi olan İtaliya Çinə virusla birgə mübarizədə kömək üçün müraciət edib.

“RİA Novosti”nin xəbərinə görə, İtaliyanın Xarici İşlər naziri Luici Di Mayo çinli həmkarı ilə bu barədə danışıb.

“Epidemiya indi ölkədə ağır hadisədir. Hazırda tibbi məhsullarımızın qıtlığı var. Ümid edirik ki, Pekin bu son dərəcə vacib məsəsləni həll etməyə kömək göstərəcək”, – deyə nazir bildirib.

Çinin Xarici İşlər naziri Van İ Romaya mütəxəssislər göndəriləcəyini qeyd edib. Eyni zamanda o, Çinin İtaliyaya tibbi məhsullar və maska ilə bağlı humanitar yardım da edəcəyini bildirib:

“Biz Çinin çətin zamanında İtaliyanın göstərdiyi dəstəyi unutmarıq. Biz mütləq epidemiyaya birgə qalib gələcəyik”.

Qeyd edək ki, İtaliyada 10 000-dən çox adam koronavirusa yoluxub, 631 nəfər isə bu virusdan ölüb.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər