15 C
Baku
Friday, March 29, 2024

İtaliya mərkəzi bankı haqqında qısa məlumat

Banca d’İtalia İtaliya respublikasının mərkəzi bankıdır. Bankın hüquqi statusu ayrı bir qanunla tənzimlənmir; onun hüquq və vəzifələri müxtəlif zamanlarda qəbul edilmiş çoxsaylı qaydalar əsasında müəyyən edilir.

Banca d’İtalia 1893-cü ildə üç nəhəng bankın birləşdirilməsindən yaradıldı. İlk olaraq Banca d’İtalia xüsusi hüquqi şirkət formasına sahib idi. Əsası qoyulduğu andan etibarən İtaliyanın mərkəzi bankı emissiya bankı idi; 1926-cı ilə qədər pulların emissiyası mərkəzi bankla bərabər Banco di Napoli və Banco di Sicilia tərəfindən də həyata keçirilirdi.

Lakin 1926-cı ildən etibarən Banca d’İtalia monopolistə çevrilir.

1926-cı ildə italyan kredit təşkilatlarının yenidən təşkil edilməsi gedişatında Banca d’İtalia İtaliya bank sisteminin ən üst pilləsinə çıxarılır. Bank 1938-ci il 7 martda qəbul edilmiş 141 saylı qanuna əsasən rəhbərliyə valyuta-maliyyə siyasəti ilə bağlı suallarda konkret məsləhətlər verə bilər. Bankın kapitalı 300 milyon lir təşkil edərək, 300 min səhm təqdim edir. Bu səhmlərin hər birinin dəyəri isə 1000 lirdir. Banca d’İtalia-nın kapital səhmləri qeydiyyata alınır və onlar yalnız aşağıdakılara məxsus ola bilər:

1) əmanət kassalarına;

2) ictimai hüquqa sahib kredit təşkilatları və milli banklara;

3) sığorta cəmiyyətlərinə;

4) sığorta təşkilatlarına.

Son xəbərlər
Digər xəbərlər