24 C
Baku
Thursday, September 29, 2022

İtaliya rusiyalıların 900 milyon avro dəyərində əmlakına həbs qoyub

Avropa sanksiyalarına məruz qalan Rusiya vətəndaşlarının İtaliyadakı 900 milyon avro dəyərində əmlakı müsadirə edilib.

Bunu ölkənin xarici işlər naziri Luici Di Mayo Bild qəzetinin saytında dərc olunan müsahibəsində deyib.

“Biz sanksiyalara məruz qalan insanların əmlakının müsadirəsi ilə bağlı beynəlxalq öhdəliklərə ciddi şəkildə əməl edirik. İndiyə qədər ümumi məbləğ 900 milyon avro təşkil edib. Biz tez və ardıcıl hərəkət etdik və bunu gələcəkdə də davam etdirəcəyik”, – deyə o bildirib.

Bundan əvvəl İtaliya hakimiyyəti iş adamı Andrey Melniçenkonun, Mordaşov və Qennadinin yaxtasını, rusiyalı milyarder Əlişir Usmanov və Aleksey Mordaşovun, teleaparıcı Vladimir Solovyovun, “Alfa-Bank”ın direktorlar şurasının keçmiş sədri Petr Avenin, Dövlət Dumasının keçmiş deputatı Oleq Savçenkonun əmlakını həbs ediblər.

Son xəbərlər
Oxşar xəbərlər