15 C
Baku
Monday, May 6, 2024

İtaliya səfiri: “Gürcüstan enerji tədarükü mənbələrinin diversifikasiyasında mühüm rol oynayır”

“Gürcüstan enerji tədarükü mənbələrinin diversifikasiyasında mühüm rol oynayır. Bu baxımdan, Rusiyadan asılılığımızı azaltmaq üçün göstərdiyimiz səylərimiz, o cümlədən Azərbaycan qazının İtaliyaya, Yunanıstana və ya digər ölkələrə nəqlinin asanlaşdırılması vacibdir”.

Banker.az xəbər verir ki, bunu İtaliyanın Gürcüstandakı səfiri Enriko Valvo bu ölkənin parlamentinin Xarici əlaqələr üzrə Komitəsində keçirilən dinləmələrdə çıxışı zamanı deyib.

Səfir Gürcüstan, Azərbaycan və Ermənistan arasında münasiblətlərin genişləndirilməsi məsələsinə də toxunub.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin sülh təşəbbüsünü vurğulayan E.Valvo bunun Cənubi Qafqazın üç ölkəsinin ümumi maraqlarına, birgə səylərin möhkəmləndirilməsi və Gürcüstanın regionda rolunun güclənməsinə yönəldiyini bildirib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər