18 C
Baku
Monday, April 29, 2024

İtaliyada dəbli böhran

Avropanın aparıcı ölkələrinin iqtisadi böhrandan demək olar ki, çıxdığını nəzərə aldıqdan sonra, İtaliyanın hələ də dərin ticari böhranda olduğunu görərik. Dəbli trendlər, istedadlı dizaynerlər və bahalı butiklər ölkəsi istər-istəməz iqtisadi böhrana boyun əyməli olur. Bundan da əsas əziyyət çəkən italyan bazarı pərəstişkarlarıdır.

Max-Mara və D&G kimi bahalı butiklər hələ də öz qiymət siyasətini qoruyub saxlasalar da, endirim kampaniyaları həyata keçirməyə məcburdurlar. Bundan əlavə, bu növ də olan dəb evləri fotoqraf, dizayner, stilist və model ştatında ixtisarlar edir. Nisbətən kobud dillə desək, iqtisadi böhran özlüyündə daha bacarıqlı əməkdaşların ələkdən keçirilməsini tələb edir.

Lakin bu dəb ticarət evlərinin əl atdığı yeganə üsul deyil. Onlar fəal şəkildə Uzaq Şərqdə bazarı genişləndirməyə başlamışlar. Beləliklə, məsələn, Çində məşhur dəb evlərinə aid 5 butik açılmışdır. Yaponiya isə bir sıra italyan ailələrinə məxsus yeni mağazalara qucaq açmışdır. Lakin bu da hələ son deyil. Onlar fəal şəkildə Asiya model nümunələrindən istifadə etməyə başlamışlar.

Nisbətən ucuz italyan məhsulları satan kiçik mağazalara gəldikdə isə onların özlərinin “sağ qalmaq” üsulları var. Onlar ilk növbədə bazardakı böhranla əlaqədar olaraq kiçik reklamlara müraciət edir, modellərdən isə ümumiyyətlə imtina edirlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər