26 C
Baku
Wednesday, April 24, 2024

İtaliyanın 33 illik şirkəti Azərbaycana gəldi

İtaliya şirkətinin Azərbaycanda filialı açıldı.

Banker.az xəbər verir ki, yeni açılan filialın adı “Todini Costruzioni Generali S.P.A” Azərbaycan Respublikasında “Todini Branch Azerbaijan” adlı filialı açıldı.

Bu Azərbaycan filialının qanuni təmsilçisi İtaliya Respublikasının vətəndaşı Giacinto Roccio adlı şəxsdir.

“Todini Branch Azerbaijan” filialının hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani, ev.17 m.193 ünvanında fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Todini Costruzioni Generali S.P.A”  şirkəti İtaliyada yerləşir. Todini Costruzioni Generali, baş ofisi Romada və müxtəlif ölkələrdə yerləşən filialları  yollar, dəmir yolları, hava limanları, tunellər, körpülər, torpaq mühafizə işləri, sənaye binaları kimi böyük və müvafiq mülki mühəndislik layihələrinin inşasında yüksək ixtisaslı bir şirkətdir.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər