7 C
Baku
Thursday, December 12, 2024

İtaliyanın baş naziri Mario Draqi istefa verəcəyini bildirib

Bu gün İtaliyanın Baş naziri Mario Draqi parlamentə istefa verəcəyini, yeni seçkilərə yol açacağını və siyasi qeyri-müəyyənliyin yeni səhifəsini açacağını deyib.

Bu barədə Banker.az İtaliya KİV-inə istinadən xəbər verir.

Keçən həftə Draqi İtaliya lideri və kövrək koalisiya hökumətinin başçısı vəzifəsini tərk etdiyini bildirmişdi, lakin ölkə prezidenti Serjio Mattarella onun istefasını rədd etdi və növbədənkənar seçkilərdən çəkinmək ümidi ilə ondan parlamentlə daha çox danışıqlar aparmasını istəmişdi.

Koalisiya hökumətindəki partiyalardan biri olan sol təmayüllü Beş Ulduz Hərəkatı (M5S) inflyasiyanın aşağı salınması və artan enerji xərcləri ilə mübarizə məqsədi daşıyan yeni fərmana qarşı çıxmışdı. İtaliyanın qanunvericiləri geniş siyasət paketinə etimad səsverməsi keçirtmişdilər, lakin Beş Ulduz həm Draqi, həm də koalisiyadakı sağçı partiyaları qəzəbləndirərək bu addımı boykot etdi.

Keçmiş Avropa Mərkəzi Bankının prezidenti Draqidən hökumətin özünə etimad səsverməsi keçirmək üçün çərşənbə günü parlamentin yuxarı palatasına qayıtması istəndi, bu da İtaliya siyasətinin son bir həftə ərzində qeyri-müəyyən vəziyyətdə olduğunu bir daha üzə çıxardı.

Son xəbərlər
Digər xəbərlər