İxracda qızıl 1-ci, tomat 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə iyun sayını təqdim edib.

Banker.az xəbər verir ki, 2026-cı ilin yanvar-may aylarında aqrar məhsullar üzrə ixrac 25,2% artaraq 414,5 milyon ABŞ dolları, aqrar-səna ye məhsulları üzrə ixrac 39% artaraq 160,5 milyon ABŞ dolları təşkil edib.

Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 28,8% artaraq 5 75,1 milyon ABŞ dollarına bərabər olub. Qeyd olunan dövrdə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (16 7,6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (119,8 milyon ABŞ dolları) ikinci, mis filizləri (112,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2026-cı ilin may ayı ərzində ixrac edilmiş qeyri neft sektoruna aid malların siyahısında tomat (44,6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (36,5 milyon ABŞ dolları) ikinci, çiyələk (26,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər