2 C
Baku
Sunday, February 25, 2024

“İxtisar olunan strukturlarda çalışanlar işlə təmin olunacaq” – Prezident İlham Əliyev

“Hazırda Kənd Təsərrüfatı Nazirliyində və digər dövlət qurumlarında struktur islahatları aparılır. Bu islahatların bir məqsədi var ki, biz işimizi daha da yüksək səviyyədə quraq”.

Banker.az Prezidentin Mətbuat xidmətinə istinadla məlumat verir ki,  bunu Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılış mərasimində Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşündə deyib.

Ölkə başçısı bildirib ki, mövcud strukturlarda, ixtisar olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaqlar: “Kənd təsərrüfatında heç bir ixtisar gözlənilmir və digər strukturlara da tapşırılıb ki, islahatlar ixtisarlara gətirib çıxarmasın. Yəni, o müəssisələrdə, o xidmətlərdə, agentliklərdə çalışan vətəndaşlar bilsinlər ki, onların məşğulluğu daim diqqət mərkəzindədir”. 

Son xəbərlər
Digər xəbərlər