25 C
Baku
Saturday, July 27, 2024

Jack Dorsey ilk “tvitini” 2.9 milyon dollara satıb

“Twitter” sosial şəbəkəsinin qurucusu Jack Dorsey ilk “tvitini” onlayn auksionda 2.9 milyon dollara satıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“Valuable” platformasında verilən məlumata görə, “tvitin” alıcısı Malayziyanın “Bridge Oracle” startapının baş direktoru Sina Estavi olub.

O, “müəllif tərəfindən imzalanmış və təsdiqlənmiş unikal rəqəmsal tvit sertifikatı” alacaq.

Xatırladaq ki, keçən ilin mart ayında Jack Dorsey ilk paylaşımını – “Sadəcə öz “Twitter”imi qururam” – satmağa qərar verib. Sahibkar həm də qazandığı pulu “Africa Response” proqramına yönəldəcəyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər