20 C
Baku
Friday, May 10, 2024

Jerome Powell-in açıqlamaları dolları möhkəmləndirdi

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauelin (Jerome Powell) Senat və Konqresdəki bugünkü çıxışının mətni açıqlanıb.

“Bloomberg” agentliyinə istinadən, açıqlamalarda C.Pauel ABŞ iqtisadiyyatının güclü olduğunu və uçot dərəcəsinin mərhələli şəkildə artırılacağını bildirib.

O həmçinin maliyyə bazarlarında volatilliyə baxmayaraq, mövcud şərtlərin, faizlərin artmasına dəstək verdiyini bildirib. FED rəhbəri Federal Açıq Bazar Komitəsinin (FOMC) maliyyə bazarlarında riskləri tarazlıq vəziyyətində qiymətləndirdiyini də bildirib.

C.Pauel müsbət işgüzar əhval-ruhiyyənin investisiyaları artıracağını, xarici tələbin güclü olduğunu və büdcə-vergi siyasətinin daha da stimullaşdırıcı olmağa başladığını qeyd edib. Onun sözlərinə görə, əmək bazarının güclənməsi ev təsərrüfatlarının gəlirlərinin artmasına, məcmu xərclərin yüksəlməsinə səbəb olur.

Maliyyə bazarları FED rəhbərinin çıxışını dolların məzənnəsi baxımından müsbət qiymətləndirib. Amerika valyutası bahalaşmağa başlayıb. Əsas valyuta cütlüyü olan USD/EUR nisbəti 1,23-dən aşağı düşüb.

“Report”un analitik qrupu USD/EUR cütlüyünün il ərzində 1,20 – 1,26 diapazonunda dəyişəcəyini ehtimal edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər