10 C
Baku
Wednesday, December 11, 2024

Əmək haqqı şöbəsinin mütəxəssisi – Azerbaijan Railways CJSC

0
Əmək haqqı şöbəsinin mütəxəssisi – Azerbaijan Railways CJSC
06.09.2019

Vakansiyanın adı: Əmək haqqı şöbəsinin mütəxəssisi
Vakansiyanın kodu: V19090509
Vakansiyanın kateqoriyası: Qulluqçu
Vakansiyanın aid olduğu struktur vahid: İnsan resursları İdarəsi
Vakansiya üzrə struktur: Əmək haqqı şöbəsi
Ödəniş növü: Vaxtamuzd
Vəzifə (peşə) üzrə əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq
İş vaxtının norması: 09:00-18:00 / 5 gün
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230

Tələb olunan təhsil istiqaməti/ixtisası: İstənilən
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr
Tələb olunan minimum əmək stajı: Sahə üzrə 2 il

Tələb olunan komputer bilikləri:

– Ofis proqramları – yaxşı səviyyədə;
– Microfost Excel – sərbəst səviyyədə.

Tələb olunan xarici dil bilikləri:

Rus dili – yaxşı səviyyədə;
İngilis dili – yaxşı səviyyədə.

Vəzifə üzrə tələb olunan biliklər:

– Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə dair biliklər;
– Azərbaycan Respublikasının Vergi Qanunvericiliyinə dair biliklər;
– Elektron hökümət portalına dair biliklər;
– Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat haqqında biliklər;
– Əmək haqqının hesablanmasına dair praktik biliklər;
– Əmək haqqı işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsinə dair biliklər;
– İnsan resurslarının idarə edilməsi sahəsində nəzəri biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

– İnandırmaq, qəbul etdirə bilmək və təsir etmək bacarığı;
– Araşdırma, analitik təhlil, müqayisə və qərar vermək bacarığı;
– Yüksək səviyyədə yazılı və şifahi qaydada ünsiyyət qurmaq bacarığı;
– Nizam-intizamlılıq;
– Məqsədyönümlülük, nəticəyönümlülük;
– Təşəbbüskarlılıq, yeniliklərə adaptasiya bacarığı;
– Fərdi inkişaf və peşəkarlığa yönümlülük;
– Komanda ilə işləyə bilmək bacarığı;
– Daxili motivasiyalı.

Digər tələb və üstünlük göstəriciləri:

– İqtisadiyyat, idarəetmə, yaxud mühəndislik sahəsində ali təhsil;
– İnsan resursları sahəsində beynəlxalq sertifikat;
– Rus və ingilis dillərində fikrini sərbəst ifadə etmək və ədəbiyyatlardan istifadə etmək.

Vəzifə öhdəlikləri: 

– Qanunvericiliyə uyğun olaraq əmək haqqılarının hesablanılması;
– Qanunvericilikdən irəli gələn müavinətlərin hesablanılması;
– Məzuniyyət, ezamiyyət və digər ödənişlərin hesablanılması;
– Kollektiv sazişdən irəli gələn digər növ ödənişlərin hesablanılması;
– Artıq saatların araşdırılması və iş saatlarının optimallaşdırılması;
– Əmək haqqına təsir edən amillərin araşdırılması və təhlili;
– Əmək qanunvericiliyindən və daxili qaydalardan irəli gələn sənədləşmə işinin aparılması;
– Əmək haqqı üzrə müvafiq hesabatların tərtib edilməsi və aidiyyəti üzrə tələb olunan yerə və ya şəxsə vaxtında təqdim edilməsi;
– Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi;
– Şöbənin gündəlik fəaliyyətilə əlaqədar digər zəruri işlərin icra edilməsi.

Vakansiyanın elan olunma tarixi: 05.09.2019
Son müraciət tarixi: 15.09.2019

Vakansiyaya müraciət etmək üçün link: https://ady.az/az/career/vacancy/69/1505

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları