23 C
Baku
Thursday, April 25, 2024

Əsas vəsaitlər üzrə mühasib – MKT İstehsalat Kommersiya MMC

0
Əsas vəsaitlər üzrə mühasib – MKT İstehsalat Kommersiya MMC
Bakı
11.08.2021

MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

“MKT İK” MMC Mühasibatlıq komandasına qoşulmaq üçün açıq fikirli və enerjili Əsas vəsaitlər üzrə mühasib axtarır.

Vəzifə öhdəlikləri:

• Əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılması
• Əsas vəsaitlərin xüsusiyyətləri (marka, istehsal tarixi və s.) üzrə məlumatların dəqiq əks etdirilməsi
• Əsas vəsaitlərin istehsalata və layihələrə yönəldilməsinə nəzarət etmək
• Əsas vəsaitlərin amortizasiyası və təmirinə nəzarət
• Əsas vəsaitlərin vaxtaşırı inventarizasiyası (kvartal, il)
• Əsas vəsaitlərin yerdəyişməsi prosedurlarının əməl olunmasına nəzarət
• Əsas vəsaitlərin uçotunun aparılması və 1C proqramına daxil edilməsi
• Kapital Məsrəfləri (CAPEX) hazırlanması
• Əsas vəsaitlərin səmərəli istifadə olunması üzrə təkliflərin verilməsi
• Əsas vəsaitlərin sənədləşdirilməsi üzrə vaxtaşırı təftişi
• Maliyyə şöbəsindəki digər bölmələrə tapşırıqların yerinə yetirilməsində dəstək

Tələblər:

• Maliyyə/mühasibat uçotu/riyaziyyat üzrə ali təhsil;
• Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi
• Verilən sahə üzrə Vergi Məcəlləsi, NK Qərarları və s. müvafiq biliklər;
• Analitik təhlil qabiliyyəti;
• MS Excel proqramı ilə yükək səviyədə işləmək bacarığı;
• 1С 8.3. Proqramında işləmək bacarığı

Səriştələr:

• Məsuliyyətli
• Şəxsi inkişafa meylli
• Pozitiv
• Özünütəşkiletmə qabiliyyəti
• Nailiyyət yönümlülük
• Etibarlılıq
• Dürüstlük

Əlavə məlumat:

• Əmək haqqı razılaşma əsasında;
• İş qrafiki: Beş günlük iş həftəsi
• İş yeri: Baki şəhəri, Qafqaz Business Center
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS Əsas vəsaitlər üzrə mühasib” mövzusu ilə [email protected] elektron ünvanına göndərə bilərsiniz.

 

İşin aid olduğu sahə

KateqoriyaMühasib