5 C
Baku
Saturday, December 14, 2024

Enerji müfəttişi (Şirvan filialı üzrə) – Azerbaijan Energy Regulatory Agency

0
Enerji müfəttişi (Şirvan filialı üzrə) – Azerbaijan Energy Regulatory Agency
Şirvan
11.08.2021

Şirvan filialı üzrə enerji müfəttişi

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Müəssisə və təşkilatların elektrik təsərrüfatlarında elektrik qurğularının texniki istismar, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasının və elektrik enerjisindən istifadənin vəziyyəti ilə bağlı həmçinin, müvafiq sahəyə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə texniki yoxlamalar aparmaq; enerji istehsalçılarının, təchizatçılarının, ötürücülərinin, paylayıcılarının və istehlakçıların yeni və ya yenidən qurulan, icazə verilmiş gücü artırılan, enerji təchizatı sxemi dəyişən elektrik və istilik qurğularının enerji təchizatı layihələrinin razılaşdırılmasını həayata keçirtmək;
• Enerji istehsalçılarının, təchizatçılarının, ötürücülərinin, paylayıcılarının və istehlakçıların yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına mövcud qaydaların tələblərinə uyğun olaraq istismara buraxılış aktı vermək;
• Tikinti obyektlərinin elektrik qurğularının mövcud Qaydaların tələbləri pozulmaqla texniki sənədləşdirmə aparılmadan enerjitəchizatı şəbəkələrinə qoşulmasını aşkar etmək və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlərin görülməsini həyata keçirmək;
• İstehlak olunan elektrik enerjisinə görə hesablaşmaların müvafiq sayğaclar vasitəsilə aparılmasına nəzarət etmək;
• Müəssisə və təşkilatların və onların tabeliyindəki qurumların əməkdaşlarına, habelə istehlakçılara elektrik təsərrüfatlarına cavabdeh şəxslərə və təhlükəsizlik texnikası üzrə mühəndislərin peşə biliklərini yoxlamaq;
• Elektrik enerjisi təchizatı sahəsində vətəndaş müraciətlərini araşdırmaq.

TƏLƏBLƏR:

• Ali təhsil (Energetika, enerji maşınqayırması, elektrotexnika, elektromexanika və digər müvafiq ixtisas üzrə);
• Yaş həddi 25-45 aralığı;
• İxtisası üzrə azı 3 il iş stajı;
• Azərbaycan dilində səlis danışma və yazma bacarığı;
• Microsoft Office proqramlarında işləmə bacarığı;
• Rus dilini bilməsi arzuolunandır;
• Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və münaqişəli məsələləri həlletmə bacarığına malik olmalıdır.

DİGƏR:

• Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
• İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
• İstirahət günləri: şənbə və bazar günləri;
• Vakansiya üzrə müraciətin son müddəti: 20 avqust 2021-ci il
• İş yerinin ünvanı: Uyğun hesab olunduğu filial üzrə dəyişir (Şirvan şəhəri, Maarif Aydınov küçəsi 1/1)

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə “[email protected]” poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (ENERJİ MÜFƏTTİŞİ) qeyd edin.

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları