Bakı
28.07.2023
Vəzifə öhdəlikləri:
- 1C Müəssisə konfiqurasiyasının proqram təminatı və xidmətini həyata keçirilməsi;
- Təşkilatda Əmək haqqı sisteminin 1C 8.3 üzərindən qurulmasını təmin etmək;
- Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün aidiyyəti strukturlarla ilə görüş və analitik müsahibələrin həyata keçirməsi;
- Sistemin proqramlaşdırma mərhələsində sistem tələbləri və texniki tapşırıq sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi;
- Texniki tapşırıq sənədinin hər bir sprinti üzrə testlərin edilməsi;
- Sistemin tətbiqi mərhələsində istifadəçilərə hər bir modul üzrə sistemin təqdimatının həyata keçirilməsi və lazımi təlimlərin verilməsi;
- Proqram təminatından əmək haqqı ilə bağlı tələb olunan məlumat baza hesabatlarının çəkilməsi və hazırlaması;
- Proqram istifadəçiyə təhvil verildikdən sonra zəruri hallarda istifadəçilərə konsultasiya xidmətinin göstərilməsi.
Tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları, iqtisadiyyat və maliyyə üzrə)
- “1C 8.3 Enterprise” platformasına əsaslanan sistemin inkişafı layihələri üzrə təcrübəyə malik olmaq;
- 1C 8.3-də administrativ olaraq ən azı 3 il iş təcrübəsinin olması;
- 1C 8.3-də Əmək haqqı sisteminin tətbiqinin iş axışı üzrə anlayışlı olmaq;
- Mövcud sistemlərə dəstək və texniki xidmət üzrə təcrübəyə malik olmaq;
- Riyazi analitik düşüncəyə malik olmaq;
- 1C kompleks avtomatlaşdırma konfiqurasiyasını praktik olaraq bilmək;
- Azərbaycan dilini mükəmməl səviyyədə, rus və ingilis dilini yaxşı səviyyədə bilmək;
- İstehsal və ticarət şirkətlərində əməliyyat, idarəetmə və mühasibat uçotu üzrə əsas biliklərin olması üstünlükdür;
- Komanda ilə işləyə bilmək.
Əmək şəraiti:
- İş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək, şənbə və bazar istirahət günləridir.
- Təminatlar: “Push30” platformasına korporativ üzvlük, “Paşa Həyat”-dan həyatın yaşam sığortası və nahar təminatı.
Vakansiya tələblərinə uyğun olan namizədlərin CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur. [email protected]
Son müraciət tarixi: 10.08.2023