7 C
Baku
Sunday, December 15, 2024

1C üzrə mühəndis proqramçı – Unibank

0
1C üzrə mühəndis proqramçı – Unibank
14.02.2020

Unibank – Azərbaycanın 1992-ci ildə təsis edilmiş ən iri özəl banklarından biridir. Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Eyni zamanda biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Buna görə də biz cari və gələcək biznes məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın inkişafını mütəmadi olaraq təmin etməyə çalışırıq.

Əsas öhdəliklər

• Bank, 1C və BitFinance inkişaf sistemindən istifadə edərək maliyyə büdcə sisteminə əsaslanan bankın idarəetmə sisteminin transformasiyasına yönlənmiş strateji layihəsi üzrə işlər;
• Məlumatların vaxtında və keyfiyyətli şəkildə təqdim edilməsi;

Namizədə tələblər

• Ali təhsil (tətbiqi riyaziyyat/kompyuter elmləri sahəsində/ informasiya texnoloqiyaları/proqramlaşdırma). Magistr təhsili arzu olunandır.
• Azərbaycan dili və rus dili üzrə mükəmməl bilmək, ingilis dili üzrə orta səviyyədə biliklər (sənədləri oxuyub başa düşəcək səviyyədə).
• 1C Mühasibatlıq bilikləri;
• Mühasibatlıq/maliyyə uçotu əsaslar üzrə biliklər.
• BIT Fınance sistemində iş təcrübəsinə malik namizədlərə əsas üstünlük verilir;
• Bank sahəsində və Proqramlaşdırma üzrə və ya Eyni tipli strukturlarda iri şirkətlərdə ən azı 3 illik iş təcrübəsinin olması arzu olunandır;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı.
• Məsuliyyətlilik;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (1С üzrə мühəndis) göstərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaİT