“PAŞA Bank” ASC olaraq Aktivlərin İdarəedilməsi və İnvestisiya Xidmətləri üzrə Mütəxəssis kimi Sizi komandamıza dəvət edirik.
Bizimlə Siz əldə edəcəksiniz:
• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)
İşiniz nədən ibarətdir?
• Müştərilərin risk profillərinin müəyyən edilməsi və intervülərin keçirilməsi;
• İntervü nəticələrinin təhlili;
• Müştəri profilinə uyğun müvafiq investisiya məhsullarının seçilməsi;
• Maliyyə məsləhətlərinin verilməsi;
• RM və müştərilərlə treninqlərin təşkili;
• Satış prosesinin təkmilləşdirilməsi;
• Müştəri bazasının təhlili və strukturlaşdırılması;
• Portfellərin yenidən balanslaşdırılması və müştərilərin məlumatlandırılması.
Sizdən nə tələb olunur?
• Təhsil: Maliyyə, İqtisadiyyat, Marketinq, Satış üzrə ali təhsil
• İş təcrübəsi: 3-5 il
• Lisenziya / Sertifikat: CFA 2 və ya CFA3
• Xarici dillər: İngilis, Rus
• Kompüter bilikləri: Microsoft Office, Bloomberg
• Məhsul üzrə biliklər: Bank məhsulları, özəl bankçılıq, investisiya məhsulları, portfel idarəçiliyi
• Bazar üzrə biliklər: Maliyyə bazarları, makro iqtisadiyyat və maliyyə təhlili
• Digər:
o İnvestisiya strategiyaları və risklər üzrə biliklər
o Yerli və xarici bazarlardakı investisiya məhsulları haqqında ətraflı biliklər
o Güclü satış qabiliyyətinin olması
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi [email protected] ünvanına başlıqda “Aktivlərin İdarəedilməsi və İnvestisiya Xidmətləri üzrə Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |