“PAŞA Bank” ASC olaraq Dələduzluq Risklərinin İdarəedilməsi üzrə Mütəxəssis kimi Sizi komandamıza dəvət edirik.
Bizimlə Siz əldə edəcəksiniz:
• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)
İşiniz nədən ibarətdir?
• Proses, məhsul, xidmət və normativ sənədlər üzrə Bank üçün xarakterik dələduzluq risklərinə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi, nəzarətdə saxlanılması və yekun rəyin bildirilməsi;
• Bankın dələduzluq riskləri üzrə bazasının toplanılması;
• Dələduzluq riski ilə əlaqədar xarici audit hesabatları üzrə işin təşkili;
• Dələduzluq riskinin aşkarlanması, təbdirlər planının dəyərləndirilməsi, risk səviyyəsinin qiymətləndirilməsi və tədbirlərin icrasına nəzarət;
• Dələduzluq riskləri və insidentləri üzrə dövri hesabatlığın hazırlanması və rəhbərliyə təqdim edilməsi;
• Bankın müvafiq funksiyaları üçün dələduzluq riskləri üzrə tədrisin təmin edilməsi və risk mədəniyyətinin inkişaf etdirilməsi;
• Risk koordinatorları ilə daimi əməkdaşlıq və dələduzluq risklərinin idarəsi üzrə müxtəlif layihələrdə iştirak;
• Dələduzluq risklərinin idarəsi üzrə illik qiymətləndirmədə və biliklərin artıtılması məqsədilə müvafiq təlimlərdə iştirak.
Sizdən nə tələb olunur?
• Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
• İş təcrübəsi: Audit, Daxili nəzarət, Risk və ya müvafiq sahə üzrə ən az 2 il
• Lisenziya / Sertifikat: CFE üzrə
• Xarici dil: İngilis dili
• Kompüter bilikləri: Microsoft Office
• Məhsul üzrə biliklər: Bank məhsulları üzrə
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi [email protected] ünvanına başlıqda “Dələduzluq Risklərinin İdarəsi üzrə Mütəxəssisi” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |