Bakı
01.02.2022
İş barədə məlumat:
- Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi;
- Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması;
- Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləmək;
- Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf etdirmək və biznesin yaxşılaşdırılması üçün həll yolları təklif etmək;
- Davranış modellərinə əsasən bazarın və satışların, qiymətlərin və s. dinamikası üzrə proqnozlar tərtib etmək;
- Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatlar hazırlamaq;
- Proqnoz və nəticələrin effektiv vizuallaşdırma üsulu ilə hesabatlar hazırlamaq.
Namizədə tələblər:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), Rus dili (arzu olunandır);
- İş təcrübəsi : Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (sığorta sahəsinə üstünlük verilir);
- Proqramlaşdırma dili: Python və ya R proqramlaşdırma dilləri üzrə biliklər (arzu olunandir);
- Kompüter bilikləri: MS Excel (əla);
- SQL-də analitik funksiyalarla işləmə bacarığı;
- Power BI və digər Analitik talətləri ilə işləmə bacarığı;
- Təqdimat bacarığı;
- Datanın proqnozlaşdırma və ssenari modelləşdirmələri üçün hazır hala gətirilməsi üçün mürəkkəb analitik proqramlar, Machine Learning və statistik metodlarla işləmək bacarığı;
- Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi, statistik biliklər;
- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti;
- Yeni texnologiyaları öyrənmə həvəsi;
- İri həcmli datalarla iş təcrübəsi, nəticə yönümlülük;
- Datalardakı anomaliyaları müəyyən etmək, onları oxuya bilmək və həll üçün hipotezalar yarada bilmək bacarığı.
E-mail: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |