8 C
Baku
Friday, December 13, 2024

Aparıcı hüquqşünas – Bank Respublika ASC

0
Aparıcı hüquqşünas – Bank Respublika ASC
20.02.2019

Bank Respublika ASC Hüquq departamentinin korporativ hüquq şöbəsinə “Aparıcı hüquqşünas” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika Sizə Faydalı prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal-hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-dən artıq əməkdaş çalışmaqdadır. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Hüquqi məsələlərin həlli ilə bağlı bankın struktur bölmələrinə məsləhətlər, təkliflər və tövsiyələr vermək;
• Bankın struktur bölmələrinin əməkdaşlarına hüquqi məsələlərlə bağlı təlimlər keçmək;
• Bankdaxili müqavilələri (kredit, təsərrüfat, xidmət və digər) hazırlamaq, onların reyestrini həyata keçirmək və müvafiq Bank proqramında yerləşdirilməsini təmin etmək və daim təkmilləşdirilməsini həyata keçirmək;
• Bankın tərəf olduğu müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək və viza vermək;
• Bankdaxili təlimat, qayda və prosedurların, əsasnamələrin ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
• Vəzifələrin icrası ilə bağlı banka daxil olan bütün hüquqi sorğuların cavablandırılmasını təmin etmək;
• Kredit sənədlərini təhlil etmək və ilkin rəy vermək.

Namizədə qarşı tələblər:

• Ali təhsil (aidiyyatı sahə üzrə);
• İş təcrübəsi: beynəlxalq maliyyə təşkilatları və ya hüquq sahəsində 2 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili (əla); İngilis dili (əla);
• Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 fevral 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Aparıcı hüquqşünas” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaHüquq