9 C
Baku
Friday, December 13, 2024

Aparıcı mühasib – Azertexnolayn LLC

0
Aparıcı mühasib – Azertexnolayn LLC
Bakı
05.08.2020

Azertexnolayn” MMC-nin Polad Boru Zavoduna “Aparıcı mühasib” vakansiyası üzrə əməkdaş axtarırıq.

Əsas vəzifə öhdəlikləri:

– Xarici alışlar üzrə maliyyə əməliyyatlarını həyata keçirir;
– Bank əməliyyatlarının (banka gələn və göndərilən köçürmələr) aparılmasını həyata keçirir;
– Məhsulun maya dəyərinin hesablanması;
– Əsas vəsaitlərin uçotunun aparılması;
– İdxal-ixrac əməliyyatlarının aparılması, yük gömrük bəyannamələrinin işlənməsi;
– Nəqliyyat və daxili təchizat üçün ayrılmış maddi vəsaitlərin hesabatlarını qəbul edir, sənədləri yoxlayaraq qiymətləri proqrama daxil edir;
– Ödəmə mənbəyindən vergi hesablanması və tutulmasını tələb edən əməliyyatların işlənməsi;
– Xarici şirkətlərlə hesabların üzləşməsini həyata keçirir, arada olan fərqlilikləri aydınlaşdırır, aradan qaldırır, təhtəlhesabları yoxlayır;
– Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabında əks etdirilməsi;
– İnventarizasiyasının aparılmasında iştirak edilməsi;
– Maliyyə sənədlərinin dizayn formalarını hazırlayır, sənədləşmələri həyata keçirir, sənədləri arxivləşdirir;
– Bölmələrdən daxil olan sifarişlər əsasında ilk dəfə alınacaq materiallara sistem üzərindən qruplar üzrə kodlar açır;
– Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlər və s. hesabı) yerinə yetirilməsi.

Seçim meyarları:

İş təcrübəsi: İstehsalat sferasında minimum 3 il
Təhsili/ixtisası: Ali iqtisadi təhsil
Təlim və kurslar: Mühasibatlıq və maliyyə təlimlərinə qatılması əlavə üstünlükdür
Bacarıqlar: MS office (excell yüksək səviyyədə), Logo proqramını bilməsi əlavə üstünlükdür
Dil bilikləri: Rus və ingilis dilini bilməsi üstünlükdür
Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)

İş şərtləri:

Struktur: Polad Boru Zavodu / Maliyyə şöbəsi
İş rejimi: Bazar ertəsi – Cümə günləri 08:00 – 17:00
İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1
Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini “Aparıcı muhasib” başlığı altında [email protected] ünvanına göndərmələri xahiş olunur

İşin aid olduğu sahə

KateqoriyaMühasib