10 C
Baku
Thursday, December 12, 2024

Aparıcı mühasib – “VIP Xidmətlər Qrupu” MMC

0
Aparıcı mühasib – “VIP Xidmətlər Qrupu” MMC
Bakı
02.10.2023
İş barədə məlumat– İş rejimi: Həftənin I-V günləri, 09:00 – 18:00
– Əmək haqqı: Gross 1350 AZN
– İş ünvanı: Heydər Əliyev Beynəlxalq Hava Liman
– Nəqliyyat vasitəsi və nahar şirkət tərəfindən təmin edilir

Vəzifə öhdəlikləri:
– Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
– Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması
– Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanmasını təşkil etmək
– Kreditor,debitor borclarına nəzarət edilməsi,vaxtında ödənişlərin tələb edilib maliyyə sanksiyasının qarşısının alınması və qarşılıqlı üzləşmə aparılması, üzləşmə aktının tərtib olunması
– Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunu həyata keçirmək. Mühasibat uçotu hesabında onların hərəkətinin düzgünlüyünü təmin etmək
– Düzgün inventarizasiyanın aparılması və anbar qalıqlarına nəzarət olunması
– Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini, operativ məlumatların təqdim edilməsini təmin etmək
– Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatını iqtisadi cəhətdən əsaslandırılmış tərtib etmək
– Mühasiblərin ümumi işlərində köməklik göstərmək və onların işlərinə nəzarət etmək
– Rəhbərlik tərəfindən tələb olunan hesabatları vaxtında tərtib etmək

Namizədə tələblər– Mühasibatlıq və ya maliyyə ixtisası üzrə ali təhsil
– Sahə üzrə minimum 3-5 il iş təcrübəsi
– Mühasibatlıqla bağlı Yerli qanunvericiliyi, Vergi məcəlləsi və əmək məcəlləsini bilməli
– Komandada işləmək bacarığı
– Analitik düşüncə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
– Diqqətlilik və məsuliyyətlilik, idarəetmə bacarığı
– 1C mühasibat uçotu proqramınında işləmə bacarığı
– MS Office proqramlarından peşəkar istifadə (xüsusilə Excel)
– Beynəlxalq sertifikatların və PMS sertifikatının olması üstünlükdür
– Rus və ingilis dilini bilmək üstünlükdür

Uyğun şəxslər cvlərini mövzu hissəsində “Aparıcı mühasib” qeyd etməklə [email protected] və [email protected] mail ünvanlarına göndərə bilərlər. CV müsabiqə iştirakçısının şəxsi e-poçt ünvanından göndərilməlidir. Tələblərimizə cavab verməyən CV-ni bizə göndərməməyiniz xahiş olunur. Ünvanımıza gələn CV axınının çox olması səbəbindən onlara tez baxılması üçün sizdən xahiş edirik ki, namizədin imicinə dair məlumat əldə etmək üçün CV-nizə şəkil əlavə edin və Azərbaycan və ya rus dilində tərtib edin.

İşin aid olduğu sahə

KateqoriyaMühasib