28.01.2022
Əmək funksiyaları:
- Əsas vəsaitlərin müvafiq qaydada qeydiyyatının aparılmasını, amortizasiyası və təmir xərclərinə nəzarəti təmin etmək;
- Bütün maliyyə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirir, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edir;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunu həyata keçirir;
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsinin təşkil edir;
- Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab-fakturaların uçotunu təşkil edir;
- İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təşkil edir;
- Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təşkil edir;
- Satış müqavilələrin hazırlanması , E-qaimə , hesab faktura və təhvil təslim aktlarının , vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarıqları;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Daxili hesabatların hazırlanması və təqdim olunması
Tələblər:
- Ali təhsil (Maliyyə və ya mühasibat ixtisası üzrə)
- Maliyyə-mühasibat sahəsində minimum 1 il iş təcrübəsi
- MS Office – Excel və 1C proqramlarını yaxşı bilməli
- Namizəd Xaçmaz və ya Şabran rayonu ərazisində yaşayan şəxs olmalıdır
- Komanda ilə işləyə bilmə bacarığı
- Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı
İş qrafiki: 09:00-18:00 ( beşgünlük iş həftəsi)
Maraqlanan şəxslər CV-lərini elektron ünvanına mövzu yerində “Mühasib” qeyd etməklə göndərə bilərlər.
E-mail: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |