Bakı
     
31.05.2023
    Vakansiyanın təsviri
- Daxili Audit Departamentinin fəaliyyətini tənzimləyən siyasət, metodologiya və rəhbərliklərin, daxili qaydalar və prosedurların hazırlanmasını təmin etmək;
 - Daxili Audit Departamentinin büdcəsini hazırlamaq, Audit Komitəsinə təsdiq üçün təqdim etmək və xərclərin büdcə daxilində saxlanılmasına nəzarət etmək;
 - İllik Audit Planını hazırlamaq və Audit Komitəsinə təqdim etmək;
 - Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırığına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçirilməsini təmin etmək;
 - Mühüm riskləri nəzərə alaraq audit layihəsi tapşırığını müəyyən etmək, audit layihəsinin gedişatına və büdcəsinə nəzarət etmək;
 - Audit layihələri üzrə hesabatların hazırlanmasını və müvafiq strukturlara (Audit Komitəsi, İdarə Heyəti və s.) təqdim edilməsini təmin etmək;
 - Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasına nəzarət etmək və icra statusu haqqında Audit Komitəsini mütəmadi qaydada məlumatlandırmaq;
 - Kənar auditorların və digər müstəqil məsləhətçilərin daxili auditorlarla birgə fəaliyyətinin koordinasiyasını aparmaq və məlumat mübadiləsi prosesini dəstəkləmək;
 - Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların Audit Komitəsinə vaxtı-vaxtında təqdim edilməsini təmin etmək;
 - Daxili Audit Departamentinin əməkdaşlarının iş vaxtı istifadəsinin dəqiqliyinə və effektivliyinə nəzərət etmək;
 - Nəzarətində olan əməkdaşların Əsas Fəaliyyət Göstəricilərini (ƏFG) və inkişaf planlarını müəyyən etmək;
 - Daxili auditin işini müəyyən edilmiş peşəkar standartlara uyğun həyata keçirməsini təmin etmək;
 - Nəzarətində olan əməkdaşların fəaliyyətinin qiymətləndirilməsini aparmaq;
 - Nəzarətində olan əməkdaşlara təlim keçmək, məsləhətlər vermək;
 - Audit Komitəsinin Daxili Audit Departamenti ilə bağlı digər tapşırıq və göstərişlərini yerinə yetirmək;
 - Daxili komitələrdəki müzakirələrdə iştirak etmək.
 
Xüsusi tələblər
- Müvafiq sahədə akademik dərəcə (ən azı ali təsil);
 - Müvafiq iş təcrübəsi: 5 ildən artıq ümumi, 3 ildən artıq audit funksiyasında;
 - Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə dərin biliklərin olması;
 - Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklər;
 - Şirkətdaxili prosedurlar, şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara/məhsullara edilmiş dəyişikliklər haqda məlumatlı olmaq;
 - Effektiv kommunikasiya, planlaşdırma və insan resurslarının idarə edilməsi bacarıqları;
 - Kritik düşünmə, mülahizə və analitik təhlil bacarıqları;
 - Kompüter savadlığı və müvafiq proqram təminatları (MS Windows məhsulları, xüsusi audit proqram təminatı üzrə) ilə işləmək bacarığı;
 - Daxili audit sahəsi üzrə ən son yeniliklərdən, eləcə də qabaqcıl təcrübələrdən xəbərdar olmaq.
 
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
| Kateqoriya | Auditor | 



