13 C
Baku
Tuesday, May 14, 2024

Audit meneceri – PAŞA Kapital

0
Audit meneceri – PAŞA Kapital
Bakı
31.05.2023

Vakansiyanın təsviri

  • Daxili Audit Departamentinin fəaliyyətini tənzimləyən siyasət, metodologiya və rəhbərliklərin, daxili qaydalar və prosedurların hazırlanmasını təmin etmək;
  • Daxili Audit Departamentinin büdcəsini hazırlamaq, Audit Komitəsinə təsdiq üçün təqdim etmək və xərclərin büdcə daxilində saxlanılmasına nəzarət etmək;
  • İllik Audit Planını hazırlamaq və Audit Komitəsinə təqdim etmək;
  • Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırığına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçirilməsini təmin etmək;
  • Mühüm riskləri nəzərə alaraq audit layihəsi tapşırığını müəyyən etmək, audit layihəsinin gedişatına və büdcəsinə nəzarət etmək;
  • Audit layihələri üzrə hesabatların hazırlanmasını və müvafiq strukturlara (Audit Komitəsi, İdarə Heyəti və s.) təqdim edilməsini təmin etmək;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasına nəzarət etmək və icra statusu haqqında Audit Komitəsini mütəmadi qaydada məlumatlandırmaq;
  • Kənar auditorların və digər müstəqil məsləhətçilərin daxili auditorlarla birgə fəaliyyətinin koordinasiyasını aparmaq və məlumat mübadiləsi prosesini dəstəkləmək;
  • Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların Audit Komitəsinə vaxtı-vaxtında təqdim edilməsini təmin etmək;
  • Daxili Audit Departamentinin əməkdaşlarının iş vaxtı istifadəsinin dəqiqliyinə və effektivliyinə nəzərət etmək;
  • Nəzarətində olan əməkdaşların Əsas Fəaliyyət Göstəricilərini (ƏFG) və inkişaf planlarını müəyyən etmək;
  • Daxili auditin işini müəyyən edilmiş peşəkar standartlara uyğun həyata keçirməsini təmin etmək;
  • Nəzarətində olan əməkdaşların fəaliyyətinin qiymətləndirilməsini aparmaq;
  • Nəzarətində olan əməkdaşlara təlim keçmək, məsləhətlər vermək;
  • Audit Komitəsinin Daxili Audit Departamenti ilə bağlı digər tapşırıq və göstərişlərini yerinə yetirmək;
  • Daxili komitələrdəki müzakirələrdə iştirak etmək.

Xüsusi tələblər

  • Müvafiq sahədə akademik dərəcə (ən azı ali təsil);
  • Müvafiq iş təcrübəsi: 5 ildən artıq ümumi, 3 ildən artıq audit funksiyasında;
  • Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə dərin biliklərin olması;
  • Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklər;
  • Şirkətdaxili prosedurlar, şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara/məhsullara edilmiş dəyişikliklər haqda məlumatlı olmaq;
  • Effektiv kommunikasiya, planlaşdırma və insan resurslarının idarə edilməsi bacarıqları;
  • Kritik düşünmə, mülahizə və analitik təhlil bacarıqları;
  • Kompüter savadlığı və müvafiq proqram təminatları (MS Windows məhsulları, xüsusi audit proqram təminatı üzrə) ilə işləmək bacarığı;
  • Daxili audit sahəsi üzrə ən son yeniliklərdən, eləcə də qabaqcıl təcrübələrdən xəbərdar olmaq.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaAuditor