Vəzifə öhdəlikləri
• Təftişin nəticələrini vaxtında rəsmiləşdirir və lazımi tədbirlər görmək üçün onları müvafiq yerlərə təqdim edir.
• Rəhbərliyin təlimatına uyğun olaraq təftiş olunan çatışmamazlıqları aradan qaldırmaq, görülmüş işlərin nəzarət-yoxlamalarını keçirmək haqqında göstərişlər verir.
• Qəbul olunmuş pul vəsaitlərinin və əmtəə maddi qiymətlilərin hesabının düzgünlüyünə, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda vaxtında əks etdirilməsinə pul vəsaitinin sərf olunmasının düzgünlüyünə, məxaric smetasına riayət olunmasına, ilkin sənədlər əsasında hesabat tərtibinin qaydasına, eləcə də müəssisə, idarə və təşkilatın bölmələrində inventarizasiya və mühasibat uçotunun aparılmasının təşkilinə nəzarət edir.
• Maliyyə vəsaitlərinin istifadəsində effektivliyin yüksəldilməsinə, onların hər vasitə ilə qənaətinə, müəssisə, idarə və təşkilatların maliyyə fəaliyyətinə nəzarətin gücləndirilməsinə, mühasibat uçotun düzgün təşkilinin təmin olunmasına istiqamətlənmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir.
• Mühasibat uçotu və hesabatın aparılmasına dair müəssisə, idarə və təşkilatın işçilərinin fəaliyyətinə nəzarət edir.
Namizədə bağlı tələblər
• Xanım namizədlərə üstünlük verilir;
• Ali təhsil (mühasibat uçotu, maliyyə-kredit, audit);
• Analitik təhlil qabilliyətinə sahib olmalı;
• Komandada işləmək bacarığı;
• Minimum 3 il iş təcrübəsi olmalı;
• Mühasibat Uçotunun Beynəlxalq Standartları (MUBS) və Azərbaycan standartları haqqında anlayış və onların tətbiqi üzrə təcrübə olmalı,
• ACCA F3 bilənlərə üstünlük veriləcək
• Hesabatın hazırlanması və yazılması bacarığı olmalı;
• Məsuliyyətlilik;
• Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
• Şəxslər arasında geniş əlaqə yaratma və ünsiyyət vərdişləri;
• Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
• Plan əsasında daxili audit yoxlamalarını aparmaq;
• Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurların, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək;
• Aparılan yoxlamaların nəticələri haqqında hesabat və təqdimat materiallarının hazırlanması;
• Bütün iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;
İş Şərtləri:
• İş vaxtı: həftədə 5 gün ;
• Əmək haqqı: 800 AZN.
İş yeri : Babək Plaza
Maraqlanan namizədlər mövzu yerində “Audit” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |