“FINCA Azerbaijan” innovativ məhsulu ilə seçildi – AMFA tərəfindən mükafatlandırıldı – Foto

®“FINCA Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı (BOKT) Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən “İlin innovativ məhsulunu təqdim edən qabaqcıl mikromaliyyə təşkilatı” nominasiyası üzrə mükafata layiq görülüb.

Mükafat AMFA-nın 18-ci İllik Təltif Şam Ziyafəti çərçivəsində təqdim olunub. Tədbirdə vurğulanıb ki, əldə olunan bu uğur FINCA komandasının peşəkar fəaliyyəti, müştərilərin etimadı və təşkilatın innovativ həllərə sadiqliyinin nəticəsidir.

Qeyd edək ki, “FINCA Azerbaijan” ölkədə fəaliyyət göstərən BOKT-lar arasında aqrar sığorta təminatlı kredit məhsulu təqdim edən ilk və yeganə kredit təşkilatıdır. Sözügedən məhsul bitkiçilik və tərəvəzçilik fəaliyyəti ilə məşğul olan, həmçinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş fermerlər üçün nəzərdə tutulub.

AMFA tərəfindən təqdim edilən mükafat məhz bu məhsul çərçivəsində tətbiq olunan innovativ yanaşma və müştəriyönümlü həllər əsasında verilib. Məhsul üzrə sürətli rəsmiləşdirmə prosesi və əlverişli ödəniş şərtləri fermerlərin maliyyə resurslarına çıxışını daha da asanlaşdırıb.

“FINCA Azerbaijan” aqrar sığorta ilə inteqrasiya olunmuş kənd təsərrüfatı kreditləri vasitəsilə sektorda innovativ maliyyə yanaşmasını təşviq edir. Bu model fermerlərin və sahibkarların təbii fəlakətlər nəticəsində yarana biləcək risklərdən qorunmasına, onların əməyinin və gəlirlərinin təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. İqlim dəyişikliklərinə davamlı mikromaliyyə həlli kimi təqdim olunan məhsul quraqlıq, daşqın və digər təbii risklərin təsirlərini minimuma endirməyə yönəlmiş kompleks maliyyə dəstəyi mexanizmidir.

Məhsulun əsas üstünlüklərindən biri də Aqrar Sığorta Fondu (ASF) ilə əməkdaşlıq çərçivəsində fermerlərə təbii fəlakətlər və digər aqrar sığorta hadisələri üzrə əlavə təminatın təqdim edilməsidir.

1999-cu ildən fəaliyyət göstərən “FINCA Azerbaijan” hazırda ölkənin aparıcı maliyyə təşkilatlarından biridir. Təşkilat kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara və ev təsərrüfatlarının dəstəklənməsinə xüsusi diqqət yetirir. “FINCA Azerbaijan” dövlət tənzimləyici orqanları, eləcə də Azərbaycan Mikromaliyyə Assosiasiyası da daxil olmaqla, bir çox maraqlı tərəflərlə səmərəli və güclü əməkdaşlıq münasibətləri qurub.

600A7356 1 scaled 600A7616 scaled AMFA 2

Son xəbərlər
Digər xəbərlər