26 C
Baku
Saturday, July 27, 2024

Audit şöbəsinin müdiri – Unitrade

0
Audit şöbəsinin müdiri – Unitrade
Bakı
17.05.2023

Vakansiyanın təsviri

  • Vergi məsələlərin həllində birbaşa iştirak və vergi hesabatlarının təhlili
  • Büdcə-proqnoz işlərinin təşkili, şirkətin mailiyyə hesabatlılıq sisteminin təhlil və təqibi
  • Aktivlərin sayımında iştirak və təhlil
  • Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi
  • Təsisçinin göstərişinə əsasən plandan kənar auditlərin aparılması, monitorinqlərin həyata keçirilməsi
  • Audit zamanı müəyyən olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planının icrasının təqib edilməsi, filiallarda (regionlarda) yoxlamaların aparılması
  • Auditin nəticələri barədə rəhbərliyə hesabat vermək və müəssisənin fəaliyyətində dəyişikliklərə dair tövsiyələr təqdim etmək
  • Şirkətin risklərin idarə edilməsi, daxili nəzarət və korporativ idarəetmə proseslərinin səmərəliliyi və adekvatlılığını sistemli və ciddi bir yanaşma ilə dəyərləndirmək və təkmilləşdirmək
  • Risk əsaslı yanaşma ilə təminat və məsləhət xidmətlərinin göstərilməsi və nəticələrinin hesabat olaraq təqdim edilməsi
  • Meydana çıxan kənar təsir amillərini nəzərə almaq və alternativ hədəflər müəyyən etmək məqsədi ilə fəaliyyət planına düzəliş etmək üçün təkliflər vermək
  • Beynəlxalq mühasibat uçotu standartları əsasında məlumatların (hesabatların ) əldə edilməsini təmin etmək məqsədi ilə daxili nəzarət sistemlərinə düzəlişlər etmək üçün təkliflər vermək
  • Rəhbərliyin tapşırığı əsasında növbədənkənar (xüsusi) yoxlamalar keçirmək
  • Təşkilati proseslərin güclü və zəif cəhətlərini təhlil etmək, habelə cari və gələcək imkanlar da daxil olmaqla fəaliyyət planına tövsiyələr vermək
  • Maliyyə hesabatlarına təsir edə biləcək hüquqi məsələləri nəzərdən keçirmək və tövsiyələr vermək
  • Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək
  • Maliyyə hesabatlarının dəqiqliyini və etibarlığını qiymətləndirmək
  • Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatları tərtib etmək
  • Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək
  • İş qrafiki: Həftədə 5 gün, 09:00-dan – 18:00-dək
  • Əmək haqqı: Müsahibə əsasında
  • AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır
  • İş yeri: Koroğlu m., Anbarım (Əli Vəliyev küç.1)

Xüsusi tələblər

  • Ali iqtisadi təhsil
  • Vergi qanunvericiliyi, BMU sistemi ilə yaxindan tanışlıq, beynəlxalq sertifikatları olanlara üstünlük veriləcək
  • MS Office proqramlarını bilməli
  • 1C, Micro proqramları ilə işləmək bacarığı
  • Müvafiq sahədə 5-10 il iş təcrübəsi
  • (Distribusiya sahəsində iş təcrübəsi arzuolunandır)
  • Dil bilikləri: Azərbaycan dili, rus dili və ingilis dili əla səviyyədə bilməli
  • Təhlil, analitik düşüncə və yüksək ünsiyyət qurma qabiliyyəti
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaAuditor