10 C
Baku
Thursday, December 12, 2024

Auditor – Resant Group

0
Auditor – Resant Group
Bakı
19.02.2021

Auditor

Vəzifə öhdəlikləri

• Otellərin təsərrüfat və maliyyə fəaliyyətinin sənədlərini qüvvədə olan təlimat və əsasnamələrə uyğun olaraq plan və xüsusi tapşırıq əsasında təftiş edir;
• Qəbul olunmuş pul vəsaitlərinin və əmtəə maddi qiymətlilərin hesabının düzgünlüyünə, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda vaxtında əks etdirilməsinə, materialların, yanacağın, elektrik enerjisinin, pul vəsaitinin sərf olunmasının düzgünlüyünə, məxaric smetasına riayət olunmasına, ilkin sənədlər əsasında hesabat tərtibinin qaydasına, eləcə də müəssisə, idarə və təşkilatın bölmələrində inventarizasiya və mühasibat uçotunun aparılmasının təşkilinə nəzarət edir;
• Təftişin nəticələrini vaxtında rəsmiləşdirir və lazımi tədbirlər görmək üçün onları müvafiq yerlərə təqdim edir;
• Maliyyə vəsaitlərinin istifadəsində effektivliyin yüksəldilməsinə, onların hər vasitə ilə qənaətinə, müəssisə, idarə və təşkilatların təsərrüfat-maliyyə fəaliyyətinə nəzarətin gücləndirilməsinə, mühasibat uçotun düzgün təşkilinin təmin olunmasına istiqamətlənmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
• Rəhbərliyin təlimatına uyğun olaraq təftiş olunan otel rəhbərlərinə aşkar edilmiş pozuntu hallarını və çatışmamazlıqları aradan qaldırmaq, görülmüş işlərin nəzarət-yoxlamalarını keçirmək haqqında göstərişlər verir.

Namizədə bağlı tələblər

• Ali təhsil (mühasibat uçotu, maliyyə-kredit, audit);
• Analitik təhlil qabiliyyətinə və kreativ ideyalara sahib olmalı;
• Turizm sektorunda müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi olmalı;
• Mühasibat Uçotunun Beynəlxalq Standartları (MUBS) və Azərbaycan standartları haqqında anlayış və onların tətbiqi üzrə təcrübə olmalı;
• Azərbaycan, İngilis və Rus dillərini əla səviyyədə bilməli;
• Hesabatın hazırlanması və yazılması bacarığı olmalı;
• Komandada işləmək bacarığı.

İş Şərtləri:

• İş vaxtı: həftədə 6 gün;
• Əmək haqqı: 2000 AZN.

Maraqlanan namizədlər mövzu yerində “Auditor” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaAuditor