9 C
Baku
Friday, December 13, 2024

Hüquqşünas – PASHA Insurance

0
Hüquqşünas – PASHA Insurance
Bakı
19.02.2021

“PAŞA Sığorta” ASC şirkəti Komplayns xidmətinə “Hüquqşünas” vakansiyası elan edir.

Vəzifə və Öhdəliklər:

• Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək, komplayns indikatorları üzrə Şirkətin mövqeyini qiymətləndirmək, potensial komplayns riskləri barəsində rəhbərliyi məlumatlandırmaq və bunla bağlı təkliflər vermək
• İdarə Heyəti tərəfindən təsdiq olunmuş illik plan əsasında müvafiq struktur bölmələr üzrə uyğunluq yoxlamalarını həyata keçirmək, aşkar edilmiş uyğunsuzluqlar və onların aradan qaldırılması ilə bağlı blok rəhbərinə hesabat və tövsiyə sənədi təqdim etmək
• Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar müvafiq struktur bölmə tərəfindən görülməli olan tədbirlərin icrasına nəzarəti həyata keçirmək
• Şirkətdaxili bütün normativ sənədlərin (siyasət, qayda, təlimat, prosedur və s.) hüquqi ekspertizasını həyata keçirmək və bu sənədləri dövri olaraq nəzərdən keçirməklə cari qanunvericilik və digər daxili normativ sənədlərlə uyğunluğunu təmin etmək
• Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın qanuniləşdirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyətin Şirkət daxilində tənzimlənməsinə nəzarət etmək
• Müəyyən olunmuş komplayns risklərinin əhəmiyyətinin işçilər tərəfindən mənimsənilməsi məqsədilə tədbirlər görmək (təlimlər, ikitərəfli və ya çoxtərəfli görüşlər və s.)
• Şirkət daxilində və işçilər arasında komplayns mədəniyyətinin formalaşmasını təmin etmək
• İdarə Heyəti və struktur bölmə rəhbərlərini qanunvericilikdə baş vermiş zəruri dəyişikliklər və həmin dəyişikliklərin biznes proseslərə təsiri ilə bağlı məlumatlandırmaq
• Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilən qərarların tələblərinə riayət edilməsinə nəzarət etmək
• Beynəlxalq sığorta bazarında komplayns funksiyasının təkmilləşdirilməsi ilə bağlı “best practice”-in araşdırılması və Şirkət üzrə tətbiqini təmin etmək;
• Şirkətin yeni yaradılmış satış kanalları və sığorta məhsullarının (buraya həmin məhsullarla bağlı ictimaiyyətə açıq material, təqdimat, press-reliz, broşura və s.) qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək
• Şirkətin işgüzar nüfuzuna zərbə vura biləcək qeyri-adekvat və ya qeyri-münasib məlumatların kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılması riskini minimallaşdırmaq
• Şirkətin işçi heyəti tərəfindən dələduzluq, korrupsiya və digər cinayət əməllərinin törədilməsi riskini dəyərləndirməklə müvafiq qabaqlayıcı hüquqi tədbirlər görmək

BİLİKLƏR

• Hüquq sahəsində ali təhsil
• Dil bilikləri: Yazılı və şifahi Azərbaycan, Rus və İngilis dillərini yaxşı səviyyədə bilmək
• Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarını bilmək
• Hüququn mülki, mülki-prosessual, əmək, maliyyə sahələri üzrə yüksək səviyyədə, digər sahələr üzrə isə orta səviyyədə biliklərin olması

TƏCRÜBƏ

• Sığorta sahəsində müvafiq istiqamət üzrə ən azı 1 il iş təcrübəsi

BACARIQLAR

• Ünsiyyət qurmaq bacarığı
• Stressə davamlılıq
• Komanda daxilində işləmək bacarığı

Son müraciət tarixi: 18 Mart 2021.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaHüquq, Sığorta