1. Korporativ satış təmsilçisi
İş vaxtı qrafik üzrə müəyyən olunur
Namizədə olan tələblər:
– Ali təhsil
– Korporativ mühitlə əlaqədar minimum 3 il iş təcrubəsi;
– Avtomobil satışı sahəsində iş təcrübəsi;
– Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
– Vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;
– MS Office ilə qabaqcıl istifadə bacarıqları;
– Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı, işgüzar ingilis dili yaxşı bilməli;
– Ünsiyyətcil, səlist və aydın danışıq qabiliyyətinin olması
– Təqdimat bacarığının olması;
– Yaş: 22-35;
Vəzifə öhdəlikləri:
– Bazarın təhlili, araşdırmaların aparılması
– Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması
– Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili
– İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması
– Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması
– Müştəri ilə təqdimatların keçirilməsi və təkliflərin verilməsi
– Rəqib şirkətlərin bazar payının öyrənilməsi, araşdırılması və analizin aparılması
– Ziyarət nəticələrinin izlənilməsi
– Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması.
– Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
– Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
– Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi
2. Marketing mütəxəssi
İş qrafiki : 09:00-18:00/bazar ertəsi-cümə
Namizədə olan tələblər:
1. 3 il müvafiq (Avtomobil sahəsində iş təcrübəsinə malik olanlara üstünlük verilə bilər) sahədə iş təcrübəsi ;
2. Ali təhsil;
3. Rus-dili biliyi ;
4. İngilis-dili biliyi;
5. Yaş həddi 22-30 ;
Vəzifə öhdəlikləri:
1. Bütün marketinq, reklam və stimullaşdırma heyətininin və tədbirlərinin idarə olunması və əlaqələndirilməsinin həyata keçirilməsi
2. Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi
3. Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması
4. Yeni və mövcud avtomobillər üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi
5. Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi
6. Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi
7. Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması
8. Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi
9. Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin həyata keçirilməsi
10. Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi
3. Avtomobil ustası Çilingər
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Namizədə olan tələblər:
1. Avtomobil sahəsində 3 il iş təcrübəsi ;
2. Avtomobillər haqqında məlumatlı olmaq ;
3. Yaş həddi 25-40 ;
Vəzifə öhdəlikləri:
1. Təmir iş kartına əsasən vaxtında və keyfiyyətlə yerinə yetirmək
2. İstehsalçıların təmir texnologiyalarına riayət etmək
3. Texniki dəstək üçün Baş mexanikə müraciət etmək
4. Görülmüş işlər haqda iş kartında qeydlər aparmaq
5. Əlavə işlər müəyyən edildikdə Baş mexaniki məlumatlandırmaq
6. Servis məsləhətçisi və ya Baş mexanikin icazəsi olmadan müştəriylə ünsiyyətə girməmək
7. Daxili prosedurlara və nizam – intizam qaydalarına riayət etmək.
8. Alət və avadanlıqlardan düzgün istifadə etmək,sıradan çıxdıqda dərhal baş mexanikə məlumat vermək
9. İş yerinin təmiz və səliqəli saxlamaq, əmək və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək
10. Təlim programına uyğun olaraq təlimlərdə iştirak eləmək və attestasiyalardan keçmək.
4. 1 C proqramçısı tələb olunur.
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Namizədə olan tələblər:
1. Qeyd edilən sahədə 3 il iş təcrübəsi ;
2. Ali təhsil;
3. Azərbaycan, rus və ingilis dillərini bilməlidir;
4. MS Office,1 C proqramlarında mükəmməl işləmə bacarığı;
5. 1C proqramlaşdırma dilini bilməli;
6. Yaş həddi 25-40;
Vəzifə öhdəlikləri:
• 1C proqram təminatında yeni hesabat çap formalarının proqram təminatında yaranan nasazlıqların operativ şəkildə həll etmək.
• 1C proqram təminatında tələb olunan yeni sənədlər və hesabatlar yaratmaq.
• 1C proqram təminatında müxtəlif konfiqurasiyalar ilə mübadilə prosesini qurmaq.
• Müəssisənin struktur bölmələrinin məlumat ehtiyaclarını təhlil edir və istifadəçi hüquqları ilə təmin edir.
• İnformasiya şöbəsi tərəfindən təklif edilən program təminatını təkmilləşdirmək.
• Proqram təminatında dəyişikliklər üçün öz xidmətlərini təklif etmək.
• Proqram təminatında istifadə nəticələrində yaranan çatışmazlıqları tərtib və analiz etmək, yaranan problemləri imkan daxilində aradan qaldırmaq, əks halda müvafiq şəxs və ya quruma bu barədə məlumat vermək..
• Verilənlər bazasının avtomatlaşdırılmış informasiyasının bütövlüyü, etibarlılığı və təhlükəsizlyinə nəzarət etmək.
• Öz səlahiyyətləri daxilində məsələlər üzrə müəssisənin fəaliyyətnin təkmilləşdirilməsi, informasiya emalının təkmilləşdirilməsi üçün nəzarət edən struktur rəhbərinə təkliflər vermək; işçilərin (şöbə) fəaliyyəti barədə şərh vermək; Müəssisə (şöbə) çatışmazlıqların aradan qaldırılması variantını təqdim etmək.
• Öz fəaliyyətini yerinə yetirmək üçün lazım olunan zəruri informasiya və sənədləri öz adından və ya müəssisə rəhbərliyi adından müvafiq struktur bölmədən tələb etmək.
• Tapşırığın həlli üçün bütün (digər) struktur bölmələrin mütəxəssislərini cəlb etmək (əgər ona elə bir hüquq verilibsə əks halda nəzarət edən struktur rəhbərinin icazəsi ilə)
• Müəssisə rəhbərliyindən (və ya nəzarət edən struktur rəhbər) öz hüquq və vəzifələrini yerinə yetirmək üçün köməklik tələb etmək.
5. Mühərrik ustası tələb olunur.
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Namizədə olan tələblər:
1. Avtomobil sahəsində 5 il iş təcrübəsi ;
2. Yaş həddi 25-40 ;
Vəzifə öhdəlikləri:
1. Təmiri iş kartına əsasən vaxtında və keyfiyyətlə yerinə yetirmək
2. Təhkim olunmuş əl alətlərini düzgün qaydada istifadə etmək
3. Təhkim olunmuş əl alətləri təmiz və səliqəli saxlamaq
4. İstehsalçıların təmir texnologiyalarına riayət etmək
5. Texniki dəstək üçün Baş mexanikə müraciət etmək
6. Görülmüş işlər haqda iş kartında qeydlər aparmaq
7. Əlavə işlər müəyyən edildikdə Baş mexaniki məlumatlandırmaq
8. Servis məsləhətçisi və ya Baş mexanikin icazəsi olmadan müştəriylə ünsiyyətə girməmək
9. Daxili prosedurlara və nizam–intizam qaydalarına riayət etmək.
10. Avadanlıqlardan düzgün istifadə etmək, sıradan çıxdıqda dərhal Baş mexanikə məlumat vermək
11. İş yerinin təmiz və səliqəli saxlamaq,əmək və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək
12. Təlim proqramına uyğun olaraq təlimlərdə iştirak etmək və attestasiyalardan keçmək.
13. Lazımi texniki dəstək üzrə prosedurlara riayət etmək
14. Xüsusi alətlərdən istifadə etmək
Email : [email protected]
Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |